ABŞ prezidenti Donald Tramp aprelin 24-də verdiyi bəyanatda “erməni soyqırımı” ifadəsini işlətməyib.
D.Tramp sələfi Barak Obama kimi 1915-ci il hadisələrini sadəcə olaraq “böyük fəlakət” adlandırıb.
Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının 83 üzvü D.Trampa məktub ünvanlayaraq 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanımasını istəmişdi. Məktubda ABŞ prezidenti Ronald Reyqanın 1981-ci ildə “erməni soyqırımı” ifadəsini işlətdiyi xatırladılıb. Məktubu imzalayanlar arasında Respublikaçılar Partiyasından olanların sayı 10-dan az olub.
Report