Yenifakt.info

Müstəqil xəbərlər portalı

Hadisə

Tovuzda dövlət idarəsinin müdiri qətlə yetirilib, müavini xəsarət alıb – yenilənib

Tovuz rayonunda baş verən qətl hadisəsi ilə bağlı yeni təfərrüatlar məlum olub.
“Report”un Qərb bürosunun məlumatına görə, şöbə müdiri qətlə yetirilən zaman onun müavinlərindən biri travmatoloji xəsarət alıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Qətlə yetirilən şöbə müdiri Raya Bayramova 20 ildir ki, sözügedən vəzifədə çalışıb. Həyat yoldaşını itirən qadının iki övladı (oğul və qız) var. Mərhumun qızı da həmin idarədə işləyir.
***18:26
Axşam saatlarında Tovuz rayonunda qətl hadisəsi törədilib.
Qətlə yetirilən 1956-cı il təvəllüdlü Bayramova Raya Nəsrəddin qızı “Azərsığorta” ASC-nin Tovuz rayon şöbəsinin müdiridir.
Onun kim tərəfindən və hansı şəraitdə qətlə yetirildiyi, hələlik məlum deyil.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir