Londondakı gecə klublarından birində naməlum zəhərli maddənin sızması nəticəsində azı 11 nəfər yanıq xəsarəti alıb.
BBC xəbər verir ki, hadisəyə görə gecə klubundan təxminən 600 nəfər təxliyyə edilib.
Onlardan 200-ü xilasedicilər gəlməmişdən əvvəl özləri məkanı tərk edib.
Hadisə yerinə yanğınsöndürmə briqadaları, təcili-tibbi yardım maşınları və polis əməkdaşları cəlb edilib, əraziyə gedən yollar bağlanıb.
Azı doqquz nəfər xəstəxanaya yerləşdirilib. Polisin məlumatına görə, daha 2 nəfər özü həkimə müraciət edib.
Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.