Kim nə deyir desin, Qərb dövlətlərnin son zamanlar atdığı addımlar Ərdoğanla razılaşdırlıb.
Ölkədə sistem dəyişikliyində Ərdoğana dəstək vermək üçün qurulan oyunun bir parçasıdı.14 ildi ki, Ərdoğan iqtidardadı, bu o deməkdir ki, diktatorluq dövrünə keçidi yaşayır. Bu 14 ildə iqtidarda qalmaq üçün qərb , Amerka Ərdoğana hansı imtiyazlar tanımadı ki… Yadınıza gələr İsraillə olan kəskin münasibətlər, diplomatik qalmaqallar. Bu prosesdən gördünüz ki, Ərdoğan iqtidarı güclü çıxdı. Sonra nə oldu yenə İsraillə münasibətləri düzəldi. Eləcə də Amerkaya,qərbə qarşı “xod” geməsinində bu planın tərkib hissəsidi. Ərdoğanın əsas misyası Ortadoğu projesinin reallaşmasında Qərbin və Amerkanın güvəndiyi əsas fiqurdu və gələcəkdə Türkiyənin parçalanmasınıda onun vasitəsi ilə həyata keçirməyi düşünürlər.
Ərdoğan Türk millətin sevsəydi,Suriya olayı başlıyan dövrdən Suruya Türkmənlərinə sahib çıxardı və Türkmənlərdən ibarət bir bölgə oluşturardı Suriya ərazisində və bunula 100 ildə bir dəfə ələ düşən bu fürsətdən həm Türkmənlər üçün muxtariyyət tələb edə bilərdi,həm də kürd quruplaşmasına qarşı əlində güclü bir ” kozırı olardı.Təkcə kürd quruplaşmasına qarşı yox ,həmdə onlara muxtariyyət vermək istəyən,arxalarında duran güclərə həm siyasi,həmdə hərbi təziq üçün geniş imkanlar yaratmış olardı. Ərdoğanın Türk düşməni olduğun yaxşı bildiylərinə görə belə ” sərhədsiz” danışmaqlar,hədə-qorxular gəlməyə imkan verirlər və yardımçı olurlar.Ərdoğanda millətin qulağna xoş gələn Osmanlı imperiyası,filandan gupulldadıb,əsas hədəflərinə doğru getməkdədi.
Bilirlər ki, Türk milləti ” vurub-yıxmaqla” qürür duyan millətdi, bunu bildiylərində belə incə siyasətlə Ərdoğanın diktatorlaşmasına şərait yaradırlar. Çünkü diktatorlar (bilərəkdən ya bilməyərəkdən) gec və ya tez ölkələrin viran qoyacaq gücə sahib olacaqlar . O deyənlər varki,prezdent üsul-idarəsi yaxşı idarə üsuludu,Türkiyəni gücləndirəcək,bunlar hamsı yalandı. Baxın, İraq, Suriya, Livan,Misir, Yəmən və s ölkələrdə prezident idarəetmə usulu idi, nə oldu,prezdent usul idarəsi şərqdə yalnız diktator yetişdirməyə yarayır. Atatürk bunları bildiyi üçün, Parlament idarəetməsin seçmişdi, guya Atatürk istəsəydi prezident idarəetməsin seçə bilməzdimi, kim ona mane olasıydı.Atatürk bilirdi ki, istənilən iqtidarda olan partiya bir nəfər üçün daha rahat toparlanıb iqtidarda qalma sürəclərini artıra bilərlər, o üzdən Parlamet üsul-idarəsin seçdi ki, siyasi partiyalar bir nəfərə görə gücü ortaya qoymasın, bu da Türkiyənin demokratik bir dövlət kimi ayaqda qalmasın təmin etdi. Türk düşmənləri olanlarda gördülər ki, Türkiyəyə demokratiya,insan azadlığı filan deyib parçalaya və təziq edə bilmirlər.O üzdən prezident -üsul idarəsinə keçiddə Ərdoğana daha çox yardım edirlər. Bilirlər ki,diktator nə qədər yaxşı olsa belə (Qəddafi timsalında) , yenədə uzun müddət iqtidarda olması millətin gözündə onu salacaqdı.Buda Türk düşmənlərinin işinə daha çox yarıyacaq.Bu sitem təkcə Ərdoğan üçün hesablanmıb,Ərdoğan ola bilsin diktatorluğun “ilk” qaranquşudu. Bundan belə iqtidarı ələ keçirən istənilən siyasi partiya ,iqtidarda daha çox qalmaq üçün bir çox saxtakarlığa əl atacaq, ilk növbədə ədalətli seçki sistemi məhv ediləcək. Zatən Ərdoğan dövründə bu sistemə kifayət qədər müdaxilələr artıb və artaraq davam edəcək çox guman. Sizcə, ədalətli seçki sitemi olmayan ölkənin aqibəti necə olacaq .
Şaban Nəsirov
Azərbaycan Mİlli Demokrat (Bozqurd) Partiyasının MNTK sədri