Hacıqabul rayonunda narkotik maddənin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul rayon Polis Şöbəsi tərəfindən rayon sakini, 1971-ci il təvəllüdlü Axundov Həsən Fazil oğlu narkotik maddələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün saxlanılıb. Dəfələrlə məhkum olunan H. Axundov kriminal aləmdə “Dəli Həsən” ləqəbi ilə tanınır.
Faktla bağlı Hacıqabul Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.