Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət Hadisə

Polis Şöbəsində məhbus intihara cəhd etdi

Hacıqabulda müvəqqəti saxlama təcridxanasında 31 yaşlı məhbus özünü asaraq intihara cəhd edib. Media-fakt.info APA-ya istinadən xəbər verir ki, Hacıqabul rayon sakini, 1987-ci il təvəllüdlü Bağırov Eyvaz Müzəffər oğlu özünü asaraq intihara cəhd edib.

Bundan xəbər tutan təcridxanada xidmətdə olan polis əməkdaşları onu xilas etməyə müvəffəq olublar. Xilas olunan məhbus ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir