Dini ayinlərin icrasını pozma və dini-irqi ayrıseçkilik çağırışları etmə ittihamı ilə həbs olunan “Azadlıq” qəzetinin direktoru Faiq Əmirovun həyat yoldaşı Lalə Əmirova yenidən məhkəməyə müraciət edib.
Bu haqda “Azadliq”a Lalə Əmirova məlumat verib: “Bu gün (23 fevral) Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsini cavabdeh kimi yenidən məhkəməyə verdim. Beləki Faiq Əmirov həbs olunandan bəri mənə məxsus olan avtomobil bu günə kimi tutarlı əsas göstərilmədən adı çəkilən idarədə saxlanılır. Avtomaşının özümə qaytarılması barədə Nəsimi rayon məhkəməsinə ərizə ilə müraciət etdim”,- deyə Lalə Əmirova bildirib