Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

“Dəyər” Ədliyyə Nazirliyinə müraciət etdi

“Dəyər” Demokratiyanın İnkişafına Dəstək İnstitutu Ədliyyə Nazirliyinə müraciət edib.
Bu barədə təşkilatın sədri Rəhman Əhmədov məlumat verib.

Azərbaycanda vətəndaş cəmiyyəti çətin durumda olsa da, yeni təşkilatların yaranması davam edir. Bir müddət əvvəl təsis olunduğu elan olunan “Dəyər”Demokratiyuanın İnkişafına Dəstək İnstitutu artıq Ədliyyə Nazirliyindən ilk imtina cavabı almış və qeyd olunan nöqsanları düzəldərək yenidən müraciət etmişdir.

Bu barədə təşkilatın təsis yığıncağında sədr seçilmiş Rəhman Əhmədov bildirdi.
Rəhman Əhmədov bizimlə söhbətində bildirdi ki, Ədliyyə Nazirliyindən verilən imtina cavabı qanuna müvafiq olsa da, göstərilən səbəblər yetərli deyil. Bununla belə həmin duzəlişlər bir daha dəqiqləşdirildi və sənədlər yenidən təqdim olundu. Eyni zamanda R,Əhmədov ölkədə QHT-lərin qeydiyyatına və fəaliyyətinə yaradılan maneələrdən məlumatlı olduqlarını, bununla belə ictimai birlik təsis etmək onların konstitusion haqları olduğunu bildirdilər. Təşkilatın təsis yığıncağında sədr seçilən R.Əhmədov hüquqi müstəvidə mübarizə aparacaqlarını bildirərək təşkilatın qeydiyyatında israrlı olduqlarını qeyd etdi. Sədrin bildirdiyinə görə təsis yığıncağında ona göstərilən etimad zamanı qarşıya qoyulan əsas vəziflərdən biri də təşkilatın strateji hədəfləri ilə yanaşı qanunvericiliyə uyğun İctimai Birliyin dövlət qeydiyyatına alınması olmuşdur. R.Əhmədov Ədliyyə Nazirliyindən mənfi cavab alacaqları halda məhkəmə insansiyasına və əgər ehtiyac yaranarsa Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəklərini bildirdi.

Təşkilatın sədri qeyd etdi ki, yeni yaradılan təşkilatın əsas hədəfi Azərbaycanda demokratiyanın inkişafına dəstək vermək və demokratik dəyərləri təbliğ etməkdən ibarətdir. Bu sırada xüsusi maraq gənclərin demokratik prinsiplərə uyğun formalaşdırılmasına yardım etməkdən ibarətdir.
R.Əhmədov sonda Ədliyyə Nazirliyindən heç də müsbət cavab alacaqlarına inanmasa da, təşkilatın qeydiyyata alınmasına nail olacaqlarına ümid etdiyini bildirdi.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir