Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Qadınlar “Elektron hökumət” uğurunda – Foto

 08:45

Qadın Problemlərinin Tədqiqatları Mərkəzi həyata keçirdiyi “Qadınlar arasında “Elektron hökumət”lə bağlı maarifləndirmə işlərinin aparılması” layihəsi çərçivəsində Biləsuvar rayonunda məlumatlandırma sessiyası keçirib. Tədbirdə Biləsuvar rayonundan olan 33 nəfər qadın iştirak edib.

Tədbirdə çıxış edən Biləsuvar rayon İcra Hakimiyyətinin nümayəndəsi Məhərrəm Qurbanov qeyd edib ki, hansı sahədə çalışmasından asılı olmayaraq hər kəsə elektron xidmətlərdən yararlanmaq imkanı yaradılıb. Onun sözlərinə görə, şəffaflığa xidmət edən və vaxta qənaət etməyə imkan verən elektron xidmətlərdən istifadəni öyrənmək günün tələbidir.

Daha sonra çıxış edən “Qadın Problemlərinin Tədqiqatları Mərkəzi” İctimai Birliyinin sədri Sevil Allahverdiyeva respublikamızda elektron xidmətlərin əhatə dairəsinin hər il genişləndirildiyini qeyd edib: “Hazırda təkcə dövlət qurumları deyil, bir sıra özəl və ictimai xidmət göstərən qurumlar da xidmətlərini elektron təqdim edir. Bu gün əsas işlərdən biri həmin xidmətlərlə bağlı əhalini məlumatlandırmaqdır. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə hayata keçirdiyimiz bu layihənin də məqsədi elektron xidmətlərdən istifadə ilə bağlı məlumatlılığın artırılmasıdır”.

Daha sonra tədbirdə məruzə ilə çıxış edən Xalid Kazımov bildirib ki, respublikamızda elektron xidmətlərin əhatə dairəsi hər il genişləndirilir: “Hazırda təkcə dövlət qurumları deyil, bir sıra özəl və ictimai xidmət göstərən qurumlar da xidmətlərini elektron təqdim edir. Bu gün geniş tətbiq olunan “elektron hökumət”in vətəndaş üçün bir sıra üstünlüyü var. Yaradılan xidmətlər həm də vətəndaşlara problemlərini ayrı-ayrı təşkilatlara ayaq döymədən, kompüter arxasına keçməklə, yaxud da, elə mobil telefonla həll etməyə imkan verir. Dövlət qurumları və ictimai xidmətlər həyata keçirən təşkilatlar bu gün həm öz internet səhifələri, həm də “Elektron hökumət” portalı üzərindən əhaliyə elektron xidmətlər göstərir. Artıq vətəndaş xidmət almaq üçün harasa getmir, xidmətlər vətəndaşların əlinin altına gəlir. Hazırda “Elektron hökumət” portalı e-gov.az vasitəsi 450 elektron xidmət göstərilir. Bu xidmətlərin çoxu əhalinin rahatlığına və daha səmərəli xidmət almasına hesablanıb”.
Daha sonra məruzəçi ayrı-ayrı dövlət qurumlarının “Elektron hökumət portalı” və öz internet səhifələri vasitəsi ilə göstərdikləri elektron xidmətlər və onlardan istifadə ilə bağlı iştirakçılara ətraflı məlumat verib.

“Elektron hökumət” portalında qeydiyyat proseduru və elektron xidmətlərdən istifadə qaydaları əyani şəkildə iştirakçılara göstərilib.

Məruzəçi eyni zamanda my.gov.az portalı vasitəsi ilə göstərilən xidmətlərlə bağlı iştirakçıları məlumatlandırıb. 
Daha sonra məruzəçi iştirakçılara e-qht.az saytı vasitəsilə göstərilən elektron xidmətlərlə bağlı məlumat verib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrant müsabiqələrinə təqdim olunan layihələrə vətəndaşların da rəy bildirmək imkanı yaradıldığı qeyd edilib. Bundan başqa http://vetendas.e-qht.az/ bölməsində qeydiyyat və layihələrə rəy yazmaq proseduru tədbir iştirakçılarına əyani olaraq göstərilib.

Sonda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb və ehtiyacı olanlara elektron xidmətlərdən istifadədə köməklik göstərilib.


Müəllif: Teleqraf.com

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir