Yenifakt.info

Müstəqil xəbərlər portalı

Xəbərlər

SOCAR-ın platformasında meydançanın bir hissəsi çöküb

Dünən axşam saatlarında SOCAR-ın N. Nərimanov adına Neft-Qazçıxarma İdarəsinin (NQÇİ) “Ələt” yatağındakı 41 saylı platformasında meydançanın dizel yanacağı tutumunun altındakı hissə çöküb.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, görülən tədbirlər nəticəsində müvəqqəti tutum qoyulub ki, yatağın elektrik enerjisi ilə təchiz olunması tam olaraq təchiz edilsin.

Məlumata görə, bu gün səhər saatlarından SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunun əməkdaşları hadisə yerinə cəlb olunub: “Artıq tutum öz yerinə qoyulub”.

Dövlət şirkətindən bildirilib ki, hadisə nəticəsində ölən və yaralananlar yoxdur. Bununla yanaşı, sütun germetik bağlı olduğundan dənizə heç bir dağıntı olmayıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir