Yenifakt.info

Müstəqil xəbərlər portalı

Müsahibə

“Birinci cinayətkar sənsən” – Roman Məmmədov dostunun intiqamını almaqdan danışdı

 

Öldürülən Rasim Əliyevin həmkarı İlham Əliyevi təhqir etdi “Birinci cinayətkar sənsən” – Roman Məmmədov dostunun intiqamını almaqdan danışdı


Avqustun 8-də döyülərək xəstəxanada dünyasını dəyişən jurnalsit Rasim Əliyevin keçmiş iş yoldaşı və həmkarı Roman Məmmədov hadisə ilə bağlı facebook səhifəsində ölkə başçısı İlham Əliyevi çox kəskin tənqid edən və cinayətkar adlandıran status paylaşıb. Obyektiv TV-nin keçmiş işçisi yazıb: “ Cinayətkarların başında birbaşa İlham Əliyev dayanır. Ən böyük cinayətkar elə odur. Rasimi o, öldürməsə də, onun on illər boyunca nazir postu tutan məmurlarına bağlı cinayətkar dəstə öldürüb“. Dəhşətli qətl hadisəsindən sarsıldığını bildirən Roman olaydan sarsıldığını və neçə gündür özünə gələ bilmədiyini yazıb: “Cinayətkar nazirlər İlham ƏLiyevə arxalanır. Onda bu cinayətin başında kim durur? İlham Əliyev deyilmi?” – deyə o bildirib. O qətlin təsadüfi olmadığını və RATİ sədri Emin Hüseynovla bağlı olduğunu da düşünür. Jurnalist yazıb ki, daha ölümdən qorxmağa dəyməz: “Çünki dünyada ədalət qalmadı. Rasimi öldürdülər. İlham Əliyev, əzraillərini mənim də üstümə göndər”. Obyektiv TV-nin keçmiş işçisi bu qətlə görə futbolçu Cavid Hüseynovdan və bütünlükdə haqsız bir rejim qurmuş Azərbaycan iqtidarından intiqam almağın vaxtı çatdığını da yazıb. “Hamınızdan intiqam alacağıq. Hamınız cavab verəcəksiniz, nakişilər” – deyə o bildirib.

Bu ifadələrin çox sərt olması xüsüsilə diqqət çəkir. Qeyd edək ki, ölkə başçısı İlham Əliyevi tənqid edən çox sayda jurnalist hazırda həbsdədir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir