Suriyanın İdlib vilayətində hökümətin nəzarət etdiyi ərazilərdən xəstələri və yaralıları çıxarmaq üçün nəzərdə tutulmuş bəzi avtobuslar qiyamçılar tərəfindən yandırılıb.
Avtobuslar qiyamçıların mühasirəsində olan Foah və Kefraya kəndlərinə gedirmiş.
Hökümətyönlü qüvvələr Hələbdə təxliyə işlərinin başladılması üçün şiə kəndlərindən insanların köçürülməsinə icazə tələb edir.
Burada minlərlə insan çıxılmaz vəziyyətdə yaşayır, məlumatlarda deyilir.
Suriyanın dövlət mediası yazır ki, “silahlı terrorçular” 5 avtobusa hücum edərək onları yandırıb və yararsız hala salıblar.
Qiyamçı qruplar hadisəylə bağlı açıqlama verməyib.