Azərbaycan Respublikası Baş Prokurorluğunda “Azərbaycan Respublikası və xarici qeyri-hökümət təşkilatları, onların filial və nümayəndəliklərinin fəaliyyətində aşkar edilmiş qanun pozuntuları faktlarına” dair apardığı işlər davam edir. Bu cinayyət işilə əlaqədar olaraq, QHT fəallarının, jurnalistlərin və vətəndaş cəmiyyətinin üzvlərinin Prokurorluğa çagırılması davam edir. DTİHİB-nin sədr müavini Sevinc İsgəndərova, 29 yanvar 2016-ci il tarixində onun və təşkilatın digər üzvü Zöhrə Həsən Prokourorluğa çağırılması ilə bağlı saytimiza məlumat vermişdir. S.İsgəndərova dəvətin istintaq sirri oldugundan detallı məlumat verə bilməyəcəyini bəyan etdi.
Yenifakt.info
Müstəqil xəbərlər portalı