Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Erməni general istefa verir: “Adımın Əliyevlə eyni siyahıda…”

Ermənistanda Ədliyyə Nazirliyinin Məhkəmə qərarlarının icbari icrası xidmətinin rəisi, general-mayor Mihran Poghosyan “Panama Sənədləri” ilə bağlı qalmaqalda adının hallanması səbəbindən istefa ərizəsi yazıb.ermen-300x169

“Ermənistan və xarici KİV-lərində mənim adım Panama ofşorları barədə yazılarda hallanır. Təəssüf edirəm ki, adım əslində milyardlarla dolları mənimsəmiş Azərbaycan prezidenti İlham Əliyevin ailəsi ilə yanaşı çəkilir,” deyə o bildirib.

M.Poghosyan deyib ki, adının ofşor qalmaqalında hallandırılması “ölkəsinin avtoritar Azərbaycanla müqayisə edilməsinə” səbəb olub və o, bunu qəbuledilməz hesab edir, bu səbəbdən də istefa ərizəsi yazıb.

O həmçinin əlavə edib ki, adının qalmaqalda hallanması barədə yazılara şərh verəcək və bunu “artıq sıravi vətəndaş qismində” edəcək.

Aprelin əvvəlində BVF missiyasının rəhbəri Hossein Samiei ölkə rəhbərliyini Poghosyanın “Panama Sənədləri” ilə bağlı qalmaqalda iştirakı məsələsini araşdırmağa çağırmışdı.

Araşdırmaçı Jurnalistlərin Beynəlxalq Konsorsiumunun dərc etdiyi sənədlərdə Poghosyanın Panamada qeydiyyatdan keçmiş “Sigtem Real Estates Incorporated”, “Hopkinten Trading Incorporated” və “BANGIO INVEST S.A.” adlı üç şirkətin səhmdarı olduğu göstərilir. O, “ofşor ustası” adlandırılır.

General-mayor Poghosyanın adı ekzotik meyvə idxalına monopoliya, avtomobil idxalı, tikinti, pullu avtomobil dayanacaqları və supermarketlərlə əlaqələndirilir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir