Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Rəsul Cəfərov:“Həm ölkədən çıxanda, həm də qayıdanda ayrı-seçkiliyə məruz qaldım”

resul-ceferov-300x225“Həm ölkədən çıxanda, həm də qayıdanda ayrı-seçkiliyə məruz qaldım”

Hüquq müdafiəçisi Sərhəd Xidmətini və Gömrük Komitəsini məhkəməyə verir.

Keçmiş vicdan məhbusu Rəsul Cəfərov ölkə sərhəddində yoxlanılması səbəbiylə məhkəməyə müraciət edəcək.

Bu barədə o, öz “Facebook” səhifəsində yazıb. Bildirib ki, həbsdən çıxandan sonra bir sıra hüquq müdafiəçisi, vəkil və jurnalistlər kimi onu da ölkədən çıxanda və ölkəyə geri qayıdanda xüsusi qaydada yoxlayıblar:

“Baş Prokurorluğa, Dövlət Sərhəd Xidmətinə (DSX) və Dövlət Gömrük Komitəsinə (DGK) dəfələrlə müraciət etmişəm. AŞPA-nın həmməruzəçiləri Bakıya səfər zamanı bu məsələni qaldırdılar. Bundan sonrakı 3 ayda yoxlama dayanmışdı. Lakin sonuncu səfərim zamanı (09-20 noyabr 2016, ABŞ) həm ölkədən çıxanda, həm ölkəyə qayıdanda tamamilə ayrı-seçkiliyə məruz qalaraq xüsusi qaydada (ümumi gömrük yoxlanışından keçdikdən sonra sərhəd xidməti yenidən gömrük yoxlanışına qaytarır) yoxlanmaya məruz qaldım, bu məsələ ilə bağlı DSX və DGK-i məhkəməyə vermək üçün sənədləri hazırlamağa başlamışam”,- deyə Cəfərov bildirib.

R.Cəfərov qeyd edib ki, 2005-ci ildən ictimai-siyasi proseslərdə iştirak edir və elə həmin vaxtdan da vaxtaşırı işlərilə bağlı müxtəlif səfərlərə gedir:

“Bu səfərlər əsas etbarilə Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatların yerləşdiyi şəhərlərə olur. Nə həbsimdən əvvəl, nə indi, nə də gələcəkdə hansısa bir xəta və ya cinayət hesab edilə biləcək fəaliyyətim olmayıb və olmayacaq. Bu səfərlər zamanı hansısa qanunsuz və ya qadağan edilmiş əşya daşımamışam və daşımaq niyyətim də yoxdur. Gördüyüm fəaliyyəti də hamı bilir!”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir