Yenifakt.info

Müstəqil xəbərlər portalı

Xəbərlər

“Azərbaycanda bəzi banklar qanunvericiliyi pozur”

nusret-ibrahimov-300x201Azərbaycanda fəaliyyət göstərən bəzi kommersiya banklarının daxilində qeyri-qanuni qiymətləndiricilər fəaliyyət göstərir. Bunu “MBA Ltd.” konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib.

Qeyd edək ki, bu, “Qiymətləndiricilərin fəaliyyəti haqqında” qanunun müddəalarına ziddir. Qanuna əsasən, bankların daxilində qiymətləndiricilərin fəaliyyəti mümkün deyil. Çünki maraqlı tərəf qiymətləndirici kimi çıxış edə bilməz.

N.İbrahimov bildirib ki, buna görə də müstəqil qiymətləndiricilərin gəlirlərində bankların sayı kəskin azalıb: “Bizim portfelimizdə əvvəllər bank sektorunun payı 80-85% idisə, 2016-cı ildə bu göstərici cəmi 4%-ə düşüb. Gəlirlərimizdə başqa sahələrin, xüsusilə də fərdlərin sayı çoxalıb”.

Qeyd edək ki, hazırda Azərbaycanda 200-dən çox qiymətləndirici fəaliyyət göstərir. (Report)

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir