Rusiyada Dövlət Dumasının üzvlərinə xidməti avtomobillə Moskvadan 50 km-dən çox uzaqlaşmaq qadağan edilib. Deputatlara şifahi şəkildə xəbərdaqlıq edilib, bununla bağlı heç bir yazılı sərəncam yoxdur.
Dövlət Dumasının İqtisadi siyasət və sahibkarlıq komitəsinin sədri Yevgeni Frolov deyib ki, bu göstəriş qənaət və deputatlar arasında intizamın möhkəmləndirilməsi məqsədi güdür.