Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

İraq qüvvələri Mosuldakı cəbhə xəttini yarıblar

mosul-iraq-esger-300x169İraq qüvvələri özünü İslam Dövləti (İD) adlandıran qruplşmanın əlində olan Mosul ətrafındakı ön cəbhə xəttini itki vermədən yarıb, hərbiyyənin sözçüsü bildirir.

Sabah əl-Numan BBC-ə bir çox İD döyüşçüsünün öldürüldüyünü deyib.

İD Mosul şəhərini 2014-cü ildə ələ keçirib.

Çərşənbə axşamı günü İraq ordusunun hissələri son iki il ərzində ilk dəfə olaraq Mosul şəhərinin ətraf rayonlarına daxil olub.
Mosulun alınması üzrə əməliyyat artıq 17 gündür ki, davam edir.

Əməliyyatda peşmərgə və sünni ərəb döyüşçüləri də daxil olmaqla 50 min adam iştirak edir.

Çərşənbə axşamı günü İraq ordusunun xüsusi qüvvələri Mosulun Kukcali rayonunda Televiziya binasını ələ keçiriblər. Bundan bir qədər sonra isə irəliləyən İraq hərbçiləri şəhərin Karama rayonuna daxil olduqlarını bildiriblər.

İraq ordusu ilə hərəkət edən BBC jurnalisti şəhər ətrafında hərbçilərin şiddətli müqavimətlə üzləşdiyini xəbər verir.

İraqın baş naziri Mosulda 3000-5000 arası cihadçının qaldığını təxmin edir.

Bazar ertəsi Mosula hücumdan əvvəl Heydər əl-Abadi deyib ki, şəhərdə olan İD üzvləri təslim və ölüm arasında seçim etməlidirlər.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir