Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Vaşinqton hökuməti, hər saata görə,cinayətkarlara 8 dollar ödəyir.

ABŞ paytaxtında son 7 ildə ən yüksək cinayətkarlıq səviyyəsi qeydə alınıb. Şəhər hökuməti durumu düzəltmək üçün unikal yerli proqramdan yararlanır. Bu proqrama psixoloji dəstək, keçmiş soyğunçu, narkoman və başqa xırda cinayətkarlara peşəkar təlim keçmək daxildir. Bu insanlar psixoloqlarla işləyir, oxuyur və daha cinayət törətmirlərsə, onlara pul ödənir.images
Proqrama qatılan Erica Brisk cinayət həyatına supermarketlərdən oğurluq etməklə başlayıb. Sonradan maşın oğurluğuna keçib, insanları və evləri qarət etməklə məşğul olub. Həmin Erica bu gün gənclərin geyim dizayneridir. Proqram tələblərini yaxşı yerinə yetirərkən, şəhər hökuməti onun hər saatına 8 dollar ödəyir. 
İctimai fəal Ronald Moten deyir: “Söhbət müavinətlərdən deyil, həyatını dəyişmək və eyni zamanda ailəsini dolandırmaq istəyən insanlara dəstəkdən gedir”.O, şəhərin yaxşılığı naminə belə insanların işləməyə hazır olduğuna və məsulliyyətli vətəndaşlara çevriləcəyinə əmindir.
Ancaq proqramın tənqidçiləri də var. Onlar iddia edirlər ki, keçmiş canilərə yönəlmiş bu dəstək proqramı heç bir ciddi nəticə verməyəcək, əvəzində şəhərin büdcəsinə, az qala, yarım milyon dollara başa gələcək./Azadlıq radiosu/

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir