Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

“Qafqaz” Universiteti və “Zaman” qəzeti bağlandı

qafqaz universiteti“Qafqaz” Universitetinin təsisçisi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət edərək bu gün universitetin bağlanması haqqında qərar qəbul olunduğu barədə məlumat vermişdir.

“Qafqaz” Universitetində təhsil alan tələbələrin təhsillərinin harada davam etdirilməsinə gəlincə, bununla bağlı da müvafiq qərarlar qəbul edilib.

Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin qərarı ilə Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilib. Bu barədə SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti cənab Xalik Məmmədov öz feysbuk hesabında yazıb. Onun sözlərinə görə, tələbələr təhsilini olduğu kimi, davam etdirəcək. Müəllim və pedoqoji heyətində fəaliyyətində dəyişiklik olmayacaq.

“Qafqaz” Universitetinin bağlanması haqda yayılan məlumatdan az sonra Azərbaycanda nəşr olunan “Zaman-Azərbaycan” qəzeti də fəaliyyətini dayandırdığını elan edib.

zaman qazet

“Zaman-Azərbaycan” qəzetinin rəsmi saytı olan Zaman.az saytı da fəaliyyətini dayandırıb.

Qəzetin baş redaktoru Anar Qaraxançallı Turkustan.info-ya açıqlamasına faktı təsdiqləyərək yaxın saatlarda məsələ ilə bağlı geniş açıqlama veriləcəyini bildirib.

Əldə etdiyimiz məlumata görə “Zaman-Azərbaycan” qəzeti də bu gündən fəaliyyətini dayandırır. Baş redaktor saytımıza açıqlamasında bu məsələyə də ətraflıq aydınlıq gətirəcəklərini qeyd edib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir