Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Multikulturalizm nədir? – VİDEO

Rəqəmsal İnkişaf İB-yi artıq oktyabr ayının 15-dən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Tanıt, Paylaş və Yaşat” layihəsini yekunlaşdırıb. 

 

Layihə dövründə Rəqəmsal İnkişaf İctimai BirliyiFacebook Sosial Şəbəkəsində geniş izləyici kütləsi olan səhifələr üzərində Azərbaycanın Mulitkulturalizm dövlət olduğunu, çox millətli Azərbaycan artıq dünyanın nəzərində, gözündə nümunəvi bir dövlət olduğunu gənclərə və digər izləyici kütlələrinə təqdim edib.

 

Layihə dövründə bir sıra gənclərimizlə birlikdə “Tanıt, Paylaş və Yaşat” mövzusunu seçərək Azərbaycanın Multikulturalizm sahəsində inkişafını daha da gücləndirmək üçün gənclərə 3 günlük multikulturalizm mövzusu, çoxəsrlik ənənələrə malik tolerantlıq mühiti, müxtəlif etnik qruplar, dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimad haqqında təlim təşkil olunub.

 

Təlim zamanı dəyərli təlimçilərimizin köməyi ilə  Azərbaycançılığın təbliği üçün milli və dini maarifçilik, mədəniyyətlərarası dialoq, milli və dini tolerantlıq sahələrində iştirakda gənclərin fəallığının artırılması məqsədi ilə maraqlı təlim təşkil olundu və təlimdə iştirak edən gənclər Multikulturalizm mövzusunda məqalə yazmaq üçün müsabiqəyə dəvət edildi. Ən yaxşı 10 məqalə müəllifləri mükafatlandırılıb. Layihə dövründə digər bir aksiyamız Park Bulvar Ticarət Mərkəzində bir qrup gənc rəssamların əl əməyi ilə Azərbayanı Tanıt, Paylaş və Yaşat mövsuzunda rəsm sərgisi təşkil olunub.
Daha sonra layihə müddətində könüllü gənclərin  iştirakı ilə “Azərbaycanı Tanıt, Yaşat və Paylaş – Multikulturalizm nədir”? mövsuzunda video-çarx hazırlanıb. Video çarxda gənclər müxtəlif dinlərə, irqlərə, ölkələrə üz tutaraq,  dost, birlik, bərabərlik, sevgi, din qardaşlığı və mədəni müxtəlifliyin qorunmasının əhəmiyyətindən danışıblar.

Bir sözlə Rəqəmsal İnkişaf İB layihə dövründə müasir Azərbaycan modeli –   dinlərin bərabər inkişaf imkanlarını və etnik qrupların birgə yaşamasını təmin etməsi, həm də digər inanc və mədəniyyətlərə mənsub olan müxtəlif qruplara hörmət haqqında gəncləri maarifləndirərək daha geniş formada təbliğat kampaniyası təşkil edib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir