Yenifakt.info

Müstəqil xəbərlər portalı

Xəbərlər

Son iki ildə əhalinin pul gəlirləri 40% azalıb

nemet-eliyev1-300x200Əhalinin 9 aylıq pul gəlirlərinin həcmi son iki ildə 13,8 milyard dollar və ya 40% azalıb.

Əgər ötən il əhalinin gəlirləri 4,5 milyard azalıbsa, bu il 9,3 milyard azalıb. Yəni ümumi azalmanın 67%-dən çoxu bu ilin hesabınadır. Başqa sözlə, bu il itkilər iki dəfə böyüyüb. Adambaşına düşən 9 aylıq gəlirlər bu müddətdə 41% azalaraq 3685 dollardan 2168 dollara düşüb.

Statistika Komitəsi isə kəskin şəkildə dəyərini itirmiş manatları müqayisə etməklə əhali gəlirlərinin 8,7% artmasından danışır. Bir halda ki, həyat səviyyəsi günü-gündən pisləşməkdə davam edir, bazarlar od tutub yanır və bu gerçək mənzərə də rəsmi statistikada nəzərə alınmırsa, o zaman gəlirlərin artımını əsaslandırmaqdan ötrü uzun-uzadı hesablamalar aparmağın anlamı qalırmı? Belə yolla əldə olunmuş rəqəmlər ancaq ictimaiyyəti çaşdırmağa yaraya bilər.

Yazı iqtisadçı-ekspert Nemət Əliyevin facebook səhifəsindən götürülüb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir