Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar Xəbərlər

İsrailli general Türkiyədə baş verənlərin əsl mahiyyətini açdı

israilli-generalMedia-fakt.info xəbər verir ki, bunu İsrail ordusunun baş qərərgahı rəhbərinin köməkçisi general Yair Golan deyib. İsraildən təşkil olunan bir tədbirdə çıxış edən Golan Türkiyənin bütün “problemlərini” Ərdoğan hökumətində gördüyünü bildirib.

“Xüsusilə Müsəlman Qardaşlar təşkilatının  təsiri altında güclü İslami seçimi olan bir partiya tərəfindən idarə olunduğu müddətcə Türkiyə və prezidenti Rəcəb Tayyib Ərdoğanın  ciddi müxalifətlə üz-üzə qalacağı açıqdır. Mən birbaşa Türkiyəyə qarşı  düşmənlik  mövqeyi göstərmək istəmirəm, bu müdrik bir tutum olmaz. Türkiyə hələ də güclü və böyük bir ölkədir. Lakin Türkiyəni problemli bir dövlət olaraq görürəm” deyə  Golan qeyd edib.
Qeyd edək ki, İsrail ordusunun generalının Türkiyədə silsilə terror aktlarının baş verdiyi bir vaxtda bu açıqlama ilə çıxış etməsi birmənalı qarşılanmayıb. Siyasi şərhçilər general Golanın əslində hədəfi göstərdiyi fikirindədirlər.