ABŞ-da FETÖ ilə əlaqəli olduğu iddia edilən məktəblər bağlanıb.
Türkiyə mətbuatının məlumatına görə, Los-Anceles şəhərində fəaliyyət göstərən 3 Maqnoliya məktəbi şəhər Təhsil Heyətinin qərarına əsasən bağlanıb. Belə ki, Los-Anceles Təhsil Heyəti məktəblərin müqaviləsinin dayandırılmasına qərar verib. Hər 3 məktəbin müqaviləsini yeniləmək üçün 2017-ci il iyulun 1-nə qədər vaxt verilib.
Bildirilir ki, bu müddət ərzində məktəblər maliyyə hesabatına dair meyarları yerinə yetirməsələr, fəaliyyətləri birdəfəlik dayandırılacaq.