Bakıda qadına qarşı külli miqdarda dələduzluq edilib.
Paytaxt sakini, 1976-cı il təvəllüdlü Lalə Mustafayeva üzləşdiyi dələduzluq faktı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
O, ərizəsində bildirib ki, 2010-cu ilin mart ayında 1973-cü il təvəllüdlü Zaur Namazov onun etibarından sui-istifadə edərək 150 000 manat pulunu alıb və indiyədək qaytarmayıb.
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.
(report)