Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Panama Sənədlərində Azərbaycana dair ən böyük tapıntılar nələrdir?

anama Sənədlərii” kimi tanınan Panamada yerləşən “Mossack Fonseca” hüquq firmasının sızdırdığı məxfi sənədlər toplumu beynəlxalq miqyasda geniş rezonans doğurub. Bu sənədlər dünya liderləri və bir çox görkəmli ictimai xadimlərin vergidən yayınmaq üçün öz var-dövlətlərini ofşor şirkətlər və bank hesabları vasitəsilə gizlətdiyini ifşa edir. Hesabatda Azərbaycan prezidenti İlham Əliyevin ailəsinə aid 3 araşdırma da yer alır. Amerikanın Səsinə müsahibədə araşdırmaların müəlliflərindən olan Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanın Araşdırılması Layihəsinin (OCCRP) həmtəsisçisi Dru Sallivan “Panama Sənədlərinin” Azərbaycanla bağlı məqamları haqda danışır.

Panama Sənədlərində Azərbaycana dair ən böyük tapıntılar nələrdir?dru-sallevan-300x199

– Fikrimcə ən böyük tapıntı Azərbaycan prezindetinin ailəsinin ölkədəki iki ən nəhəng mədən konsorsiumlarına sahib olmasıdır. Bu, bir çoxlarında təəccüb doğurdu. Bu konsorsiumlar bağlananda işçilər etiraz etdilər və hökümətdən konsorsiumların kimə məxsus olduğunu öyrənməyə çalışdılar. Hökümət də cavab olaraq, onların hansısa xarici şirkətə məxsus olduğunu dedi. Əslində isə ofşor şirkətlər prezidentin qızları tərəfindən idarə olunurdu. Bu da o, deməkdir ki, prezident mədən sanayəsinin 56 faiz hissəsinə sahib idi – yəni ölkədəki ən böyük mineral ehtiyatları olan konsorsiuma.

Nə üçün insanlar Panamada ofşor şirkətlər açmaq məcburiyyətini hiss edirlər? Belə firmalar elə öz ölkələrində qurula bilməzmi? Yəni, qısaca ofşor şirkətlərin üstünlüklərini izah edə bilərsinizmi?

– Nəzəri cəhətdən məqsəd işləri asanlaşdırmaqdır. Orada şirkət qurmaq asandır, vergilər aşağıdır. Ofşor şirkətləri ilə iş aparmaq asan və səmərəlidir, çünki orada sənəd işi də az olur. Reallıqda isə, insanların şirkətləri bu regiondakı bir çox ölkədə açmağının məqsədi vergidən yayınmaq və çirkli pulları yumaqdır. Yəni bu baxımdan şirkətlərin Azərbaycanda qurulmasını əngəlləyən heç nə yoxdur və bu şirkətlər elə Azərbaycanda da təsis olunmalıdır.

– Azərbaycandan bu araşdırmaya hələ rəsmi reaksiaya gəlməyib. Ancaq bu gün prezident Valdimir Putin Panama Sənədlərini “Qərbin Rusiyaya zərbə endirmək kampaniyası” adlandırıb. Bununla bağlı nə deyə bilərdiniz?

– Bu, bir tək Rusiyaya xələl gətirmək üçün çox geniş-miqyaslı bir kampaniya olardı. Bu araşdırma nəticəsində İslandliya baş naziri daxil olmaqla bir çox insan zərər görüb və bir çox ölkədə istintaqlar başlayıb. Məncə cənab Putin bu araşdırmanı öz dünyası çərçivəsində görür. Amma əslində bu qlobal fenomendir. Bu araşdırmada bütün dünya üzrə 100-dən çox media qurumundan 400-dən çox jurnalist iştirak edib. Bu, Latın Amerikasında, Yaxın Şərqdə böyük bir məsələyə çevrilib. Rusiya isə bu araşdırmanın bir hissəsidir və böyük bir hissəsidir. Ancaq Rusiyaya qarşı belə bir konspirasiyanın olduğuna dair heç bir sübut yoxdur. Fikrimcə hər hansı bir konspirasiya üzərində işləmək üçün 400 jurnalisti bir araya gətirmək də mümkün olmazdı.

– Sizin hökumətdə korrupsiyalarla bağlı araşdırmalarınız müəyyən mənada azərbaycanlı jurnalist Xədicə İsmayılovadan ilham alıb. O hazırda Azərbaycanda həbsdədir. Sizin Xədicəyə mesajınız nədir?

OCCRP ilə bizim bir çox araşdırmalarımızda iştirak etmiş Xədicə ilə bağlı mesajım budur ki, jurnalizmi dayandırmaq olmaz. Jurnalizm davam edəcək. Jurnalisti həbsə atıb, işin dayanacağını gözləmək olmaz. OCCRP-də biz Xədicənin işini davam etdirməkdə qərarlıyıq. Biz bununla bağlı “Xədicə Layihəsinə” start vermişik, və biz bu layihəni Xədicə həbsdən çıxanadək davam etdirəcəyik. Cəmi bir neçə saat öncə xəbər aldım ki, “Xədicə Layihəsi” Beynəlxalq Araşdırmaçı Reportyorlar və Redaktorlar təşkilatının (IRE) illik mükafatına layiq görülüb. IRE Amerikada ən iri araşdırmaçı layihə sayılır. Və onlar “Xədicə Layihəsini” özlərinin Arizona layihəsinə oxşar görürlər. Müxbir öldürüləndən sonra jurnalistlər bir araya gələrək onun qatillərini araşdırmağa başladılar. Və bu, 30-40 il öncə ABŞ-da böyük rezonans doğurdu. Biz də “Xədicə Layihəsi” ilə bunu etmişik. Jurnalisti həbsə atanda, onun yerini 20-si doldurur.

– Bu araşdırmaların nə kimi təsiri olacağını güman edirsiniz? Cəmiyyətdən hansı reaksiyalar gözləyirsiniz?

– Zənnimcə aydıdnır ki, Azərbaycanda cinayətkarlıq siyasi məsələdir. Heç kimə qarşı ittiham irəli sürülməyəcək, heç bir şirkətdə yaxud mineral yataqları ilə bağlı kontraktda dəyişiklik olmayacaq. Fikrimcə hər şey olduğu kimi qalacaq. Bu, birinci ailə ilə bağlı məsələdir. Uzun dönəmdə isə daha çox adam öz ölkəsinin necə idarə olunduğunu anlayacaq və sadə azərbaycanlılar öz milli sərvətlərinin necə istifadə olunduğunu görəcəklər. Fikrimcə, bu, sonda təzyiqlə nəticələnəcək ki, sistem ölkəyə nəzarət edən siyasi elitanın mənafeyi üçün yox, xalqın mənafeyi üçün işləsin.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir