Sakinlər deyir ki, söz verilir, qaz verilmir
Oktyabrın 9-da “Abşeron” Gənclər şəhərciyinin sakinləri etiraz aksiyası keçirib. 7gun.az saytının məlumatına görə, sakinlər “Akkord” Şirkətlər Qrupunun tikdiyi binaların keyfiyyətsizliyindən gileyləniblər. Onlar bildiriblər ki, 5 ildir şirkət vəd versə də, binalar mavi yanacaqla təmin edilmir. Hadisə yerinə gələn”Azəriqaz” əməkdaşı “Akkord”un onlara 1 milyon manata yaxın borcu olduğunu bildirib. Deyib ki, bugünə qədər”Azəriqaz” tərəfindən göstərilən xidmətə görə şirkət ödəniş etməyib.
Həftəsonu olduğundan Meydan TV “Akkord” Şirkətlər Qrupu ilə əlaqə saxlaya bilməyib.