Yenifakt.info

Müstəqil xəbərlər portalı

Xəbərlər

Baş redaktor sərbəst buraxıldı Yenilənib

sirin-ceferli“Gündəm xəbər” qəzetinin baş redaktoru Şirin Cəfəri sərbəst buraxılıb.

***

Bu gün səhər saatlarında “Gündəm- xəbər” qəzetinin baş redkatoru Şirin Cəfəri yaşadığı mənzildə DİN Mütəşəkkil Cinayətlarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub.

Bu barədə məlumatı hüquq müdafiəçisi Oqtay Gülalıyev feysbuk səhifəsində paylaşıb.

Hüquq müdafiəçisi yazıb ki, jurnalistin həbsindən öncə onun evində axtarış aparılıb. Axtarış zamanı order təqdim olunmayıb və evdəkilərə qarşı kobudluq edilib. Hazırda jurnalistin “bandotdel”də saxlandığı bildirilir.

O.Gülalıyev bildirib ki, əldə etdiyi məlumata görə, Ş.Cəfərinin həbsinə səbəb onun baş redaktoru olduğu “Gündəm- xəbər” qəzetinin bugünkü sayında daxili işlər nazirinin müavini Vilayət Eyvazov haqqında manşetdə dərc olunan tənqidi yazı olub.

Xatırladaq ki, 2013- cü ildə Vergilər Nazirliyi tərəfindən 71.400 manat həcmində cərimələnən Şirin Cəfəri Kəpəz rayon məhkəməsinin qərarı ilə 3 il müddətinə şərti azadlıqdan məhrum edilib.

Hüquq müdafiəçisi Ş.Cəfərinin həbsini hakimiyyətin azad mətbuatın susdurulması istiqamətində apardığı siyasətin tərkib hissəsi kimi qiymətləndirib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir