“Bizi məhkəmənin maraqlarına uyğun hərəkət etməyə məcbur edirlər”.
Bunu facebook səhifəsində “Nardaran məhbusları”nı müdafiə edən vəkil Elçin Sadıqov yazıb. Vəkil daha sonra yazır:
“Cavad Cavadov Vəkillər Kollegiyasından zəng ediblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əlövsət Abasov müdafiəçisi olduğumuz təqsirləndirilən şəxslər Taleh Bağırov və digərlərinin Abbas Hüseynovun məhkəmə iclasında iştirakının təmin edilməsi barədə vəsatətlərini müdafiə etdiyimiz üçün bütün vəkillərin barəsində Vəkillər Kollegiyasına şikayət göndərib.
Qanunvericiliyin tələbinə görə müdafiəçi müdafiə etdiyi şəxsin mənafeyinə uyğun hərəkət etməlidir. Bizdən qanuni əməlimizə görə şikayət edilib. Bu üsulla bizi müdafiə etdiyimiz şəxslərin maraqlarına uyğun deyil ittihamın və məhkəmənin maraqlarına uyğun hərəkət etməyə məcbur edirlər. Bu vəkillərin fəaliyyətinə, müstəqilliyinə, dönməzliyinə edilən qəsddir.
Aidiyyəti qurumlardan xahişimiz odur ki, bizim fəaliyyətimizə görə edilən təqib edilən təqiblərə son qoyulmasına göstəriş versinlər”.