Yenifakt.info

Müstəqil xəbərlər portalı

Xəbərlər

Jurnalist: 12 gün məni su üzünə həsrət qoydular

Jurnalist: Gecələr belə qandalı açmırdılar

Həbsdə olan jurnalist Fikrət Fərəməzoğlunun vəkili Elçin Sadıqov jurnalistin həyat yoldaşı Faiqə Nusratinin Penitensiar Xidmətin rəisinə yazdığı məktubu şəxsi “facebook” hesabından yayıb.

“Fikrət Fərəməzoğluna dəhşətli işgəncə verilib. Neçə gün idi ki, Fikrətlə görüşmək istəyirdim. Amma Fikrət qoymurdu. Deyirdi gəlmə mənim yanıma. Amma mən dünən xəbər vermədən gedib onunla görüşdüm. Gördüm ki, 2 dişi sınıb. Əvvəl fikirləşdim ki, təcridxanada ediblər. Dedi ki, burada etməyiblər. Sonra o qədər yalvardım ki, niyə belə olub. Dedi ki, 34 gün başından, çənəsindən yumruq dəyən adam belə olmalıdır da. Dedim ki, bəs bədənin niyə səpib, ləkələr nədir? Bildirdi ki, 12 gün məni su üzünə həsrət qoydular. O istidə əllərimi belə yumağa qoymurdular. 12 gün qandalı da qolumdan açmadılar və arxadan başıma təpik-yumruqla vurdular. Gecələr belə qandalı açmırdılar. Qandalı açandan sonra bir həftə barmaqlarım işləmədi. İz qalmamaq üçün sifətimə yox, başıma vururdular, travma almışam. Orada dişlərimi o qədər qıcıtmışam indi ovulub tökülürlər. Nadzorlar və yanındakı məhbuslar mənə dedilər ki, bacı, o gecələr yatanda çığırır, dişlərini qıcıdır. Onun səsindən yata bilmirik. Fikrətə Bandotdeldə ağır fiziki işgəncələr veriblər. Mən Penitensiar Xidmətin rəisindən xahiş edirəm ki, Fikrəti təcili xəstəxanaya köçürsünlər. Vəkilimiz də həftənin birinci iş günü başından aldığı zədələr və işgəncələrlə bağlı məhkəməyə şikayət ərizəsi verəcək”.

Vəkil bildirib ki, bu barədə o, hüquq mühafizə orqanlarına rəsmi şikayətlər göndərib.

Daxili İşlər Nazirliyinin yaydığı məlumatda iddia olunur ki, Xətai rayonunda yerləşən restoranlardan birinin sahibi olan paytaxt sakini DİN-ə müraciət edərək İbişbəyli Fikrət Fəraməz oğlunun rəhbəri olduğu “JAM.az” və digər saytlarda obyektinin işgüzar nüfuzuna xələl gətirən materiallar yaydığını, həmin yazıları saytdan çıxarmaq müqabilində bu ilin aprel ayında ondan 1000 manat aldığını və gələcəkdə bu səpkili materialların yazılmaması üçün hər ay 5000 manat tələb etdiyini bildirib: “Aparılan araşdırmalarla müraciətdə göstərilən xüsusatlar öz təsdiqini tapıb və həyata keçirilmiş əməliyyat tədbirləri ilə Fikrət İbişbəyli iyunun 30-da həmin şəxsdən eyni üsulla 3000 manat alarkən saxlanılıb”.

Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanılaraq F. İbişbəyli barəsində həbs-qətimkan tədbiri seçilib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir