Skip to content
KXCP Ali Məclisinin üzvü Qəhramanov Əliqulu Abuzər oğlu Sabirabad polisi tərəfindən şərlənərək həbs edilib.
“KXCP İnformasiya şöbesinden verilen məlumata görə KXCP üzvünün həbsinə səbəb referendum əleyhinə apardığı təbliğat olub: “ Əliqulu bəy tanıdığı bir neçə nəfərlə qarşıdan gələn referendumla bağlı söhbət edərkən Sabirabad rayon polisləri tərəfindən həbs edilərək polis şöbəsinə aparılıb. Polis bölməsində KXCP üzvünə bildiriblər ki, güya o hakimiyyəti təhqir edib. Elə bu adla da Əliqulu Qəhramanova Sabirabad rayon məhkəməsi tərəfindən 15 sutka iş iş verilib.”
“Şirvan-Gündəm” RİA-nın məlumatına görə, KXCP Qazax rayon şöbəsindən Ali Məclis üzvü Məqsəd Mirzəyev də Qazax rayon polis şöbəsinə aparılaraq referendum əleyhinə təbliğat aparmaması haqda xəbərdarlıq edilib.
Tagged:Media-fakt.info