Yenifakt.info

Müstəqil xəbərlər portalı

Xəbərlər

Milli Şuranın mitinq müraciətinə cavab verilmir

bsihBakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın sentyabrın 11-nə təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab vermir.  Mitinqlə bağlı müraciət avqustun 31-i göndərilib və qanuna görə bu müddət ərzində rəsmi cavab verilməliydi.

Məsələyə aydınlıq gətirmək üçün Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlasaq da, konkret cavab ala bilmədik. Daha doğrusu bizə bildirdilər ki, müraciətə hələ baxılır və nə vaxt hazır olacağı da bilinmir. Biz vaxtı dəqiqləşdirməyə çalışsaq da “bizə dərs keçməyin” cavabı aldıq.

Gün ərzində yenidən BŞİH ilə əlaqə saxlamağa çalışacağıq.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir