Avqustun 19 -da 6 saylı Cəzaçəkmə müəssisəsində Qarabağ qazisi, AXCP Rəyasət Heyətinin üzvü Asif Yusiflinin məhkəməsi keçirilmişdi. Nizami Royon Məhkəməsinin hakimi Mətanət Hacıyevanın sədrliyi ilə keçən prosesdə Cinayət Məcəlləsinin 178-ci maddəsində edilən dəyişikliyə görə Asif Yusiflinin cəzasının dəyişdirilməsi məsələsinə baxılmışdı. Onun barəsində maddənin tövsifi 178.3.2-dən 178.2-yə dəyişdirilib. Lakin həbs müddəti 6 il olaraq saxlanmışdı. Bu gün həmin qərardan apellyasiya şikayəti verilib.
Yenifakt.info
Müstəqil xəbərlər portalı