Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə müsabiqənin I mərhələsində qəbul olunan şəxslərin təhsil alacaqları ali məktəblərdə qeydiyyatı 26 avqust saat 17:00-dək uzadılıb.
Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.
Bildirlib ki, tələbə adı qazanmış şəxslər göstərilən vaxta qədər tələb olunan sənədləri qəbul olunduqları təhsil müəssisələrinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Qeyd edək ki, həmin vaxtdadək qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir.
Yenifakt.info
Müstəqil xəbərlər portalı