Yenifakt.info

Müstəqil xəbərlər portalı

Xəbərlər

”Daha irəli getsək, üzvlərimizin çoxu həbs olunacaqdı”

Respublikaçı Alternativ Hərəkatı 26 sentyabrda keçiriləcək referendumda iştirakdan imtina edib. Hərəkat referendumla bağlı imzatoplamanı dayandırıb. REAL üzvlərinin həbsdə olduğu halda referendumun əleyhinə imzatoplama kampaniyası keçirməyin mənasız addım olduğunu vurğulayıb.

İdarə heyətinin üzvü, hüquqşünas Erkin Qədirli bildirib ki, onlar referendumla bağlı təşviqatı qeyri-rəsmi olaraq davam etdirəcəklər.

REAL-ın sədri İlqar Məmmədovdan başqa daha 3 üzvü həbsdədir. 13 avqustda REAL Hərəkatının icra katibi Natiq Cəfərliyə qarşı 4 aylıq həbs-qətimkan tədbiri seçilib. 3 gün sonra, 16 avqustda hərəkatın daha iki üzvü Toğrul İsmayılov və Elşən Qasımov 1 həftəlik həbs ediliblər.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir