AB: “Azərbaycan üçün Venesiya Komissiyasının rəyi həlledici əhəmiyyət kəsb edir”
Azərbaycan hakimiyyətinin başlatdığı son repressiya dalğasına beynəlxalq etirazlar artmaqda davam edir. Artıq Avropa Birliyi də baş verənlərlə bağlı Azərbaycan hakimiyyətinə xəbərdarlıq edib.
Qurumun bu gün yaydığı bəyanatda, Referenduma çıxarılan dəyişikliklərə və REAL-ın icra katibi Natiq Cəfərlinin həbsinə toxunulub. Birliyin bəyanatında digər müxalif fəalların da həbs ediləsinin ciddi narahatlıq yaratdığı vurğulanır: “Ölkədə siyasi idarəçilik sahəsində ciddi dəyişikliklər nəzərdə tutan referendum ərəfəsində hökumət real demokratik müzakirələr təşkil etməyə borcludur. Bununla yanaşı, hesab edirik ki, Azərbaycan üçün Venesiya Komissiyasının rəyi həlledici əhəmiyyət kəsb edir”,- deyə Avropa Birliyinin bəyanatında bildirilir.