Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Azərbaycanda referendumdan sonra “Gülən əməliyyatı” başlayacaq

erdoğan-aliyev-mainAzərbaycanda referendumdan sonra “Gülən əməliyyatı” başlayacaq

Konstitusiyaya dəyiŞikliklərlə bağlı sentyabrın 26-da keçiriləcək referedumdan sonra Azərbaycanda “Gülən əməliyyatı” başlaya bilər. Redaksiyamıza daxil olan məlumatda iddia edilir ki, bununla bağlı Bakı ilə Ankara arasında razılaşma var.

Məlumata görə, bu səbəbdəndir ki, Türkiyədə keçirilən “Gülən əməliyyatı” çərçivəsində SOCAR-ın hədəfə gətirilməsinə rəğmən rəsmi Ankara “gülənçilər”in bu şirkətdən tamamilə təmizlənməsinə tələsmir. Qeyd edək ki, “SOCAR Türkiyə”də artıq iki dəfə əməliyyat keçirilib. Türkiyə mətbuatı isə SOCAR-ın rəhbərliyində Fətullah Gülənə bağlı şəxslərin təmsil olunduğu barədə məlumatlar dərc edir. Hətta həmin məlumatlarda SOCAR-ın “Gülən camaatı”nın əsas maliyyə qaynaqlarından olduğu barədə iddialar da yer alır.

SOCAR-ın prezidenti Rövnəq Abdullayevlə Türkiyə prezidenti Rəcəbr Tayyip Ərdoğanın görüşündən sonra isə bu məlumatlar bir qədər səngiyib. Görüşdə, “SOCAR Türkiyə” ətrafında baş verənlər barədə müzakirə aparıldığı istisna edilmir. Ərdoğanın Gülənlə bağlı məsələdə prinsipial mövqe tutduğunu nəzərə alsaq, onun hansısa şərtlər irəli sürdüyünü söyləmək olar.

Məlumata görə, elə bu görüşdən sonra Bakı Ankaradan referenduma qədər vaxt istəyib. Ona görə də Ərdoğan SOCAR məsələsində bir qədər yumşalıb.

Qeyd edək ki, bundan əvvəl yayılan məlumatlarda Türkiyə hüquq-mühafizə orqanlarının Azərbaycanda birgə əməliyyatlar keçirmək istədiyi bildirilirdi.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir