Türkmənistan ordusu gözlənilmədən genişmiqyaslı hərbi təlimlərə başlayıb. Hərbi təlimlərlə bağlı əmri ölkə prezidenti Qurbanqulu Berdiməhəmmədov verib.
Türkmənistan hökuməti ordunun gücü barədə ictimaiyyətə heç bir məlumat verməsə də, son illər türkmən ordusunun modernləşməsi istiqamətində bir sıra addımlar atılması diqqət cəlb edib.
Türkmənistan-Əfqanıstan sərhədində sabitliyin tez-tez pozulması, qaçaqmalçılıq, narkotik ticarətinin artması ölkənin uyğun tədbirlər görməsini zəruri edib.
Türkmənistan ordusu quru, hava və Xəzər dənizində hərbi təlimlər aparır. Təlimlərin məqsədi barədə heç bir açıqlama verilmir.