Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Qiyamçı generalın vurulma anı – VİDEO

Türkiyədə adı dillərdən düşməyən  baş çavuş Ömər Halisdəmirin dövlət çevrilişinə rəhbərlik edənlərdən biri olan general Semih Terzini alnından vurmasının görüntüləri yayılıb. 

 

Media-fakt.info Türkiyə mediasına istinadən məlumat verir ki, general Semih Terzi çevriliş sırasında Ankaradakı Özəl Qüvvətlər Komandanlığına gələrək yönətimə əl qoyduqlarını bildirir. O, 20 – 30 nəfərlə komandanlığın otağına girərək “bundan sonra komandan mənəm” deyir.

Semih TerziBu zaman astsubay, baş çavuş Ömər Halisdəmir çəkinmədən silahını çıxararaq xuntaçı general Semih Terzini alnından vuraraq öldürür. General Terzi ilə birlikdə gələnlər isə onu şəhid edirlər.

Bu hadisə FETO-çu şəbəkəyə ciddi zərbə vurur.  Özəl Qüvvətlər Komandanlığındakı zabit və əsgərlər hərəkətə keçərək başçılarını itirmiş dəstəni zərərsizləşdirir.  3-nü öldürür, digərlərini həbs edirlər.

Şəhid baş çavuş Ömər Halisdəmir xuntaçı generalı öldürməyəcəyi  halda, Özəl Qüvvətlər Komandanlığının fətullahçıların əlinə keçə bilərdi.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir