Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Savçenko hakimiyyətin ünvanına təhdidlər yağdırdı

Savçenko hakimiyyətin ünvanına təhdidlər yağdırdı

Keçmiş məhbus, Ukrayna Ali Radasının deputatı Nadejda Savçenko hakimiyyətinin ünvanına kəskin tənqidlərlə çıxış edib.
Avropa.info xəbər verir ki, Savçenko ordunun dağılması və ordu ilə bağlı müxtəlif layihələrdə pulların yuyulmasına görə xalqın indiki hakimiyyəti bağışlamayacağını deyib:
“Orduda korrupsiya çiçəklənir. Bunların bir nümunəsi də “Divar” layihəsində yuyulan pullardır. Hərbi cinayətlər və ordunun dağılmasına görə həbsxanalara doldurulmuş əsgərlər deyil, generallar cavab verməlidir”.
Savçenkonun fikrinə görə, ölkə hakimiyyəti onun sözlərini ciddi qəbul etmir.
“Məni nə müdafiə naziri, nə də prezident eşitmək istəmir. Orduda təcili kadr islahatları getməlidir, çünki axmaqlarla müharibəni uda bilməzsən. Hakimiyyət heç bir mühasirənin olmadığını iddia etdiyi üçün bizi eşitmək istəmir. Qancıqlar, bunu belə də bilin, xalq bunu sizə bağışlamayacaq!” – Savçenko belə deyib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir