Şirvandan deputat təyin olunan İltizam Yusifov deputat olana qədər “Shirvan Operating Company ltd” şirkətinin vitse-prezidenti olub. Azərbaycan qanunvericiliyinə görə deputat yalnız pedeqoloji fəaliyyətlə məşğul ola bilər. Buna baxmayaraq İltizam müəllim hələ də biznes fəaliyyətini davam etdirir və hər ay 18.600 manat maaş alır. Bu sənədlər Dövlət Sosial Müdafiə Portalından çıxarışdır. Sənəddə qeyd olunur ki, iki neft şirkəti “Shirvan Operating company LTD” şirkətinin filialı və Kayman adalarının “Karasu Operating Company” şirkətinin filialı deputata hər ay maaş ödəyir. Hər iki şirkətin də adı mətbuatda dəfələrlə işçilərin maaş problemləri ilə əlaqəldar hallanıb. Müəllimin Vircin adalarında ofşor şirkəti də var imiş.
Yenifakt.info
Müstəqil xəbərlər portalı