Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət İctimai

Hüquq müdafiəçisi ictimaiyyətə səsləndi

Mayın 1-də Mehman Qələndərovla bağlı toplantı keçiriləcək
Aprelin 28-də Kürdəxanıdakı 1 saylı İstintaq Təcridxanasında müəmmalı şəkildə dünyasını dəyişən (intihar etdiyi deyilir) və gizli dəfn olunan siyasi məhbus Mehman Qələndərovla bağlı toplantı keçiriləcək.
Bu barədə hüquq müdafiəçisi Oqtay Gülalıyev özünün feysbuk səhifəsində məlumat yayıb:
“Bu gün çox ağır bir gün oldu. Çətinliklə də olsa Mehman Qələndərovun gizli dəfn olunan yerini – qəbrini tapa bildik. İctimailəşdirdik. Onunla vidalaşıb son mənzilə yola saldıq. Çox sağ olun ki, hər biriniz Mehmanın ölümünə kəskin etirazınızı bildirdiniz, fəal vətəndaş mövqeyi ifadə etdiniz. Onun ölümünə səbəb olanların tapılıb cəzalandırılmasını tələb etdiniz. Ola bilər ki, Mehmanın qohumları nəyə görəsə susa bilərlər. Amma biz Mehmanın əqidə dostları olaraq susmaq, onun müəmmalı və şübhəli ölümü ilə barışmaq fikrində deyilik. Bu istiqamətdə araşdırmalarımız və mübarizəmiz davam edəcək”.
“Mehman bu rejimin qurbanlarından biridir. Onu şərləyib həbsə atanlar, ölümünü danıb gizli dəfn edənlər məsuliyyətə cəlb olunmalı və cavab verməlidir. Bu cinayətə etiraz və atacağımız addımları müəyyən etmək üçün sabah, 01 may saat 12.00- da ictimaiyyət nümayəndələrinin iştirakı ilə toplantımız olacaq. Biz Mehman Qələndərovun faciəli ölümünə susmaq və göz yummaq fikrində deyilik. Siz də bu fikirdəsinizsə gəlin sabahkı toplantıya qatılın, mübarizəmizi bir yerdə aparaq!”, – hüquq müdafiəçsi bildirib.
“Toplantıya qatılmaq istəyənlər tədbirin yeri ilə bağlı mənimlə əlaqə saxlasınlar”, – o bildirib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir