Azərbaycanda Müstəqillik Aktının qəbul olunduğu gündən 27 il ötür.
Bu gün, Azərbaycanda Müstəqillik günü kimi qeyd olunur.
Müstəqillik Aktı 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti (parlament) tərəfindən qəbul edilib.
SSRİ-nin mövcudluğunun son aylarına təsadüf edən hadisə, Azərbaycanın 70 il rəsmi Moskvanın təsiri altından çıxmaq üçün atılan ilk rəsmi addımlardan idi.
Həmin gün, Ali Sovetin növbədənkənar sessiyasında, dörd günlük müzakirələrdən sonra 360 deputatdan 258-i sənədin qəbul edilməsinin lehinə səs verib.
Digərləri ya sessiyaya qatılmayıb, ya da sənədin əleyhinə səs veriblər.
Sənədin əleyhinə səs verənlər:
Arif Rəhimzadə – deputat, Milli Məclisdə komitə sədri,
Yaşar Əliyev – Azərbaycanın BMT-dəki nümayəndəsi,
Abbas Abbasov – baş nazirin sabiq birinci müavini,
Fikrət Sadıqov – “Azərkimya” DŞ-nin keçmiş prezidenti
Samur Novruzov – sabiq nazir, vəfat edib
Eldar İbrahimov – MM-in Aqrar Siyasət komitəsinin sədri
Şaitdin Əliyev – sabiq deputat, MSK üzvü
Gülnarə Qurbanova – işsiz, Şıxəli Qurbanovun qızı
Mixail Zabelin – YAP Siyasi Şurasının üzvü, deputat
Soltan Məmmədov – biznes fəaliyyətilə məşğuldur
Zeynəb Xanlarova – xalq artisti, deputat
Madər Musayev – iş adamı, Binəqədi rayonunun “əbədi” deputatı
Yaşar Rzayev – Lənkəranın keçmiş icra başçısı
Gennadi Timoşenko – sabiq deputat
Həsən Həsənov – keçmiş baş nazir, Macarıstandakı səfir
Əli Həsənov – Baş nazirin müavini,”Qaçkınkom”un sədri
Şair Həsənov – Mənzil Kommunal Təsərrüfatı Komitəsi sədri
İrşad Əliyev – sabiq Kənd Təsərrüfatı naziri, Beyləqanın İcra başçısı
Əhməd Əhmədzadə – Su və Meliorasiya komitəsinin sədri
Aslan Süleymanov – işsiz
Arif Ağayev – Yasamalın keçmiş icra başçısı
Şamil Həsənov – Ağcəbədinin keçmiş icra başçısı
Sahib Əkbərov – Kəlbəcərin icra başçısı
Tapdıq Kamalov – sabiq deputat
Rüfət Əsədov – NK-da şöbə müdiri
Tofiq Bağırov – Cəlilabadın keçmiş icra başçısı
Arif Mövsümov – NK-da şöbə müdiri, vəfat edib
Cahangir Hüseynov – deputat
Mirhəmzə Əfəndiyev – Belçikadakı sabiq səfir
Telman Orucov – ADP-nin keçmiş katibi
Çingiz Sadıqov – Tərəqqi Partiyasının sədri
Konstitusiya Aktı kimi qəbul olunan sənəddə müstəqil Azərbaycanın 1918-1920-ci illərdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu qeyd olunub.
Sənəd həmin il dekabrın 29-da ümumxalq referendumuna çıxarılıb və qəbul edilib.
Həmin zamandan bayram kimi qeyd edilən Müstəqillik Günü qeyri-iş günü olsa da, 2006-cl ildə Milli Məclisin qəbul etdiyi və prezident İlham Əliyevin təsdiq etdiyi qərarla bayram günü kimi qalaraq, iş günü elan edilib.
Meydan TV