Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Nemət Pənahlı həbs olunub

Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı həbs olunub. Oktyabrın 12-də Nəsini Rayon Məhkəməsinin qərarıyla ona 30 gün inzibati həbs cəzası verilib.

Bu barədə AzadlıqRadiosu-na onun həyat yoldaşı Həcər Pənahlı bildirib.

Onun vurğulamasına görə, N.Pənahlı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə – polis əməkdaşlarının qanuni tələbinə tabe olmamaqda ittiham edilir. Ancaq həyat yoldaşı ittihamın saxta olduğunu iddia edir.

H.Pənahlının bildirdiyinə görə, həyat yoldaşı oktyabrın 12-də günorta saatlarında evdən çıxıb və axşama qədər ondan bir xəbər ala bilməyiblər:

“Axşam gəlmədiyini görəndə “102”yə zəng eləyib məlumat verdik. Sonra bizimlə Nəsimi polisindən əlaqə saxlayıb dedilər ki, 30 sutka həbs olunub”.

H.Pənahlı hesab edir ki, polislər evlərinin yaxınlığında gözləyib, həyat yoldaşı evə gələndə onu tutub aparıblar. O, vurğulayır ki, N.Pənahlının günotra sürüb getdiyi avtomobil evlərinin qarşısındadır:

“Yəqin ki, əvvəlcədən gözləyiblər, maşını saxlayıb evə gələndə blokun ağzında tutublar. Polisə müqavimət küçədə olar, yol polisidirsə, yolda olar, blokda polisə müqavimət olmaz ki… Hesab edirəm ki, səbəb Nemət Pənahlının səsləndirdiyi siyasi fikirlərdir”.

H.Pənahlı əlavə edib ki. Nəsimi Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti veriləcək:

“Amma hələlik vəkili yoxdur, vəkil axtarırıq”.

Həcər Pənahlının bu fikirlərinə hələlik rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir