Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Məmməd İbrahim tibb müəssisəsinə yerləşdirilib

images-cms-image-000028793“20 gün cəzaçəkmə müəssisəsinin tibb məntəqəsində müalicə alacaq”

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahimin səhhətində problem yaranıb. O, 16 saylı cəzaçəkmə müəssisəsinin tibb məntəqəsinə yerləşdirilib. Bu barədə Meydan TV-yə oğlu Turan İbrahim məlumat verib. Bildirib ki, atası neçə müddət imiş ağrılardan şikayətlənirmiş. Həkimlər müayinə ediblər. Məlum olub ki, beyninə qan yaxşı işləmir:

“İynə, dərman yazıblar. 20 gün orada müalicə alacaq”.

M.İbrahim AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında ötən il sentyabrın 30-da həbs olunub. Mikayıl Quliyevi vurmaqda ittiham olunan Məmməd İbrahimə CM-in 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Bir müddət sonra daha iki nəfər – Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı ayırmaq istərkən Məmməd İbrahim onları da vurub.

Bundan sonra M.İbrahimə ittihamı ağırlaşdırılıb və CM-in 221.2.2-ci maddəsinə tövsif olunub. O, 3 il azadlıqdan məhrum edilib.

Ancaq M.İbrahim ittihamı qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir