Yenifakt.info

Müstəqil xəbərlər portalı

Siyasət

Çex səfiri etimadnaməsini Azərbaycan prezidentinə təqdim edib

Oktyabrın 3-də prezident İlham Əliyev Çex Respublikasının yeni səfiri Milan Ekertin etimadnaməsini qəbul edib. Bu barədə dövlət başçısının saytı məlumat verib.

İ.Əliyev ikitərəfli münasibətlərin səviyyəsindən məmnunluğunu ifadə edib, eyni zamanda bu əlaqələrin Azərbaycan-Avropa İttifaqı və Azərbaycan-NATO əməkdaşlığı baxımından önəmini vurğulayıb.

İ.Əliyevin fikrincə, parlamentlərarası, hökumətlərarası, biznes icmaları arasında əlaqələr və qarşılıqlı səfərlər iki ökə arasında əlaqələrin inkişafına yaxşı töhfə verə biləcək.

Öz növbəsində M.Ekert fəaliyyəti dövründə əlaqələrin daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir