Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

“Salyan Oil LTD” keçmiş işçilərinə və hüquq müdafiəçisinə qarşı iddiasını geri götürüb

“Salyan oil LTD” şirkəti keçmiş əməkdaşları Zəkayət Allahverdiyeva və Mehparə Əhmədovaya, eləcə də onların məhkəmədə hüquqlarını müdafiə edən Neftçilərin Hüquqlarını Müdafiə İctimai Birliyinə qarşı məhkəmə iddiasından imtina edib. Bu barədə Turan-a İctimai Birliyin rəhbəri Mirvario Qəhrəmanlı bildirib.

Onun sözlərinə görə, bununla bağlı şirkət rəsmi məktub göndərib.

M.Qəhrəmanlı deyib ki, şirkət Salyan Rayon Məhkəməsinə göndərdiyi məktubda qarşı tərəflə fikir mübadiləsi apardığını, anlaşdıqlarını və buna görə məhkəmə iddiasından imtina etdiyini bildirib.

Xatırladaq ki, “Salyan oil LTD ” şirkəti Z.Allahverdiyeva və M.Əliyevanı işdən azad edib. Hər iki xanım işdən azad olunmalarını əmək hüquqlarının pozulması kimi qəbul edərək məhkəməyə müraciət edib. Neftçilərin Hüquqlarını Müdafiə İctimai Birliyi məhkəmədə hər iki xanımın hüquqlarının təminatçısı kimi çıxış edib.

Buna cavab olaraq şirkət hər xanımlara, həm də QHT-yə qarşı işgüzar imçicinə zərbə vurulması iddiası ilə məhkəməyə müraciət edib. Şirkət öz iddiasında xanımların hər birinin 15 min manat, QHT-nin isə 35 min manat cərimə olunmasını tələb edirdi.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir