Yenifakt.info

Müstəqil xəbərlər portalı

Siyasət

”Həbsxanalarda işgəncə faktlarını hərtərəfli araşdırmağa dəvət edirik”

ABŞ-ın ATƏT-dəki səfiri Azərbaycanı tənqid edib
“Siyasi motivli təqiblər Azərbaycanda ədalət mühakiməsinin müstəqil olmasına şübhə doğurmaqda davam edir”.
Azadlıq Radiosunun xəbərinə əsasən, bunu ATƏT-in insan ölçüsü üzrə Varşava şəhərində keçirilən illik toplantısındakı çıxışında ABŞ nümayəndə heyətinin rəhbəri Maykl Kozak deyib.
O qeyd edib ki, müxalifətçi lider İlqar Məmmədov beş il yarım müddətinə həbsdə qaldıqdan sonra avqust ayında Apelyasiya Məhkəməsi onu iki il inzibati nəzarət altında olmaqla azadlığa buraxıb.
ABŞ rəsmisi Azərbaycan hökumətinə səslənərək, öz fundamental azadlıqlarını gerçəkləşdirmək istəyinə görə, həbs olunanları azad etməyə, İlqar Məmmədov və digər müxalifət xadimlərinin, əsasən Əli Kərimli, vəkil İntiqam Əliyev, jurnalist Xədicə İsmayılovanın xaricə çıxışına qadağanı aradan qaldırmağa çağırıb.
“Biz həmçinin, hakimiyyəti yerli həbsxanalarda işgəncə faktlarını hərtərəfli araşdırmağa dəvət edirik. Tanınmış bloqqer Mehman Hüseynov polisdə işgəncələrə məruz qaldığını bəyan etdikdən sonra araşdırma aparılmayıb, əksinə, onu böhtanda ittiham edərək iki il həbs ediblər”.
ABŞ səfiri “Müsəlman Birliyi” Hərəkatının təmsilçiləri Abbas Hüseynov və Cabbar Cabbarovun həbsxanada işgəncələrə məruz qalması ilə bağlı şikayətlərinə diqqət çəkib.
ATƏT-in insan ölçüsü üzrə illik toplantısı ənənəvi olaraq Varşava şəhərində keçirilir

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir