Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Şuranın dəstəyilə QHT Tərtərdə seminar təşkil edib

Kimsəsiz Uşaqların Sosial Müdafiəsi İctimai Birliyi Tərtər rayonunda seminar təşkil edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirilən “Uşaqların zərərli dini cərəyanlardan qorunması üçün regionlarda seminarların təşkili” adlı seminarda qloballaşma şəraitində milli-mənəvi dəyərlərimizin ciddi aşınmaya məruz qalması, ölkədə din azadlığı adı altında uşaqların məqsədli şəkildə ayrı-ayrı təriqətlərə cəlb edilməsindən danışılıb.

İctimai Birliyin sədri Lamiyə İsazadə bildirib ki, rayon və şəhərlərimizdə adət-ənənələrimizə yad olan dini təriqətlərin təsiri altına düşən vətəndaşların sayının artması, onlar tərəfindən qanunsuz dini təbliğatın aparılması, gənclərin zərərli dini cərəyanlara cəlb edilməsi kimi hallar hələ də müşahidə edilməkdədir.

QHT sədri onu da qeyd edib ki, birlik və bölünməzlik dövlətlərin varlığını qoruyub saxlayan əsas amildir. Bu dəyərlərdən məhrum ölkələrdə heç vaxt əmin-amanlıq olmur. Buna görə də milli-dini birliyə yönəlmiş mənfi fikir və ideyaların yayılmasının qarşısı mütləq şəkildə alınmalıdır.Seminarın təlimçisi Dini İcmanın sədri, Qafqaz Müsəlmanları İdarəsinin Tərtər üzrə nümayəndəsi Hacı Sadiq Cəfərov bu mövzu haqqında geniş çıxış edib.

Seminarda Tərtər Rayon İcra Hakimiyyəti Aparatı İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Elvin Umudov bu cür layihənin Tərtərdə icrasına görə icra başçısı adından layihə rəhbərinə təşəkkürünü bildirib.

Seminarda Təhsil Şöbəsindən Metod kabinetin sədri İntiqam Nuruyev və digər ziyalılar çıxış ediblər.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir