Yenifakt.info

Müstəqil xəbərlər portalı

Sosial-iqtisadi

Azərbaycan hökuməti 2025-ci ilədək xarici dövlət borcunu üç dəfə azaltmağı planlaşdırır

2018-ci ildə Azərbaycanın xarici borcu 9.42 milyard ABŞ dolları səviyyəsində planlaşdırılır.

Qeyd edək ki, 2018-ci ilin əvvəlində xarici dövlət borcu 9 milyard 398,3 milyon dollar təşkil edir. Bu barədə dövlət başçısının “Dövlət borcunun idarə olunması üzrə qısamüddətli və uzunmüddətli strategiya”nın təsdiq edilməsi haqqında sərəncamında məlumat verilir.

Eyni zamanda, bildirilir ki, 2019-cu ildə dövlət borcu 9 milyard, 2025-ci ilə qədər 3,8 milyard ABŞ dollarına qədər azalacaq.

İmzalanmış mövcud kredit müqavilələri üzrə xarici dövlət borcuna xidmət xərclərində 2024-cü ilə nəzərdə tutulan kəskin artımın səbəbi 2014-cü ildə hökumət tərəfindən beynəlxalq maliyyə bazarlarında buraxılmış 1.250,0 milyon ABŞ dolları məbləğində xarici valyuta nominallı dövlət qiymətli kağızlarının 2024-cü ildə birdəfəlik ödənişlə geri qaytarılacağıdır.

Sərəncamda deyilir ki, son illərdə dünya bazarlarında neftin qiymətində yaranan qeyri-sabitlik və bu səbəbdən icmal büdcə gəlirlərinin azalması xarici valyutada əlavə borc öhdəliklərinin yaradılmasına xüsusi diqqətlə yanaşmanı zəruri edir. Buna görə də 2018-ci ildə və növbəti illərdə yalnız bir sıra prioritet hesab edilən layihələr üzrə birbaşa və dövlət zəmanəti əsasında kredit vəsaitinin

cəlb edilməsi nəzərdə tutulur. 2018-2025-ci illərdə hökumət islahatlar üçün Asiya İnkişaf Bankından 500 mln dollar, “Azərbaycan Dəmir Yolları” QSC-nin

sağlamlaşdırılması və Bakı-Yalama dəmir yolu xəttinin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi üçün Asiya İnkişaf Bankı və Fransa İnkişaf Agentliyindən 325 mln dollar, xarici valyuta nominallı dövlət qiymətli

kağızlarının yenidən maliyyələşdirilməsi üçün 1.250 mln cəlb etməyi planlaşdırır.

Dövlət borcunun ÜDM-yə nisbətinin ən yüksək həddi 2019-cu ildə olacaq – 23%.

Hökumətin proqnozuna görə, sonrakı illərdə aşağı düşmə tendensiyası olacaq və 2021-ci ildə dövlət borcu ÜDM-in 19,5%-i, 2025-ci ildə isə 12%-i qədər olacaq.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir